EN

Məşhur məşqçi 1-ci liqa komandası ilə anlaşdı - "Hələ sən bir çörəyimizi ye, suyumuz iç..."

Trendyol 1-ci Liqasının yeni komandalarından olan "Amedspor" klubu "Fənərbağça"nın sabiq baş məşqçisi Ersun Yanala komandanın sükanı etibar edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün "Amedspor" azarkeşlərin iştirakı ilə Ersun Yanalla imzalanma mərasimi keçirilib.

Mərasimdə Yanalın "Diyarbəkirə çox gəldim" sözlərinə azarkeşlərdən birinin "Hələ siz suyumuzu için, yeməyimizi yeyin. Ondan sonra buradan getməyəcəksiz" cavab verməsi böyükl alqış toplayıb.

Ersun Yanal Aazarkeşə gülə-gülə minnətdarlıq edib və deyib: "Komandanı superliqaya çıxmaq üçün durmadan işləyəcəyik. İnanıram ki, buna da nail olacağıq. Bir sözlə, superliqaya çıxmaq uğurunda savaçacağıq".

Fərid

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
mia.az

1Sources