EN

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 58%-dən çox azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 18 milyard 439 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyard 514 milyon dollar və ya 19,7% azdır.  

Son 1 ildə Azərbaycanın ixracı 30,9% azalaraq 11 milyard 138 milyon ABŞ dollarına, idxalı isə 6,7% artaraq 7 milyard 300 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 3 milyard 837 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 58,6% az olub.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
banco.az

1Sources