EN

Xalq artisti, bəstəkar Faiq Sücəddinovun doğum günüdür

İyunun 14-də Azərbaycanın Xalq artisti Faiq Sücəddinovun doğum günüdür. Manset.az xəbər verir ki, Faiq Miri oğlu Sücəddinov 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olub. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvəti ilə orkestrdə çalışmağa başlayıb.

1970-ci illərdə isə bəstəkar Estrada Orkestrində fəaliyyətini dayandırıb və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirib.

Chosen
138
manset.az

1Sources