EN

Ədliyyə naziri deputatın qardaşını vəzifəsindən kənarlaşdırdı - Foto » AzadMedia.az


13 iyunda Ədliyyə Nazirliyində növbəti kadr islahatı olub. Ədliyyə naziri Fərid Əhmədovun əmri ilə Qabil Əliyev İcra xidmətinin rəis müavini vəzifəsindən kənarlaşdırılaraq sərəncama göndərilib.

Azadmedia.az-a daxil olan məlumata görə Qabil Əliyev millət vəkili Bəxtiyar Əliyevin qardaşıdır. Qabil Əliyev 2020-ci ildən ədliyyə orqanlarında işləyirdi. Daha əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə işləyib.
Chosen
98
1
azadmedia.az

2Sources