EN

Ərdoğan G7 Liderləri Zirvəsinin xüsusi qonağı olacaq

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Yeddilik (G7) Liderləri Zirvəsində xüsusi qonaq qismində çıxış edəcək.

Ərdoğanın çıxışının əsas hissəsini İsrailin Qəzzada 8 aydır davam edən hərbi əməliyyatları tutacaq.

Bundan başqa Ərdoğanın çıxışında Rusiya-Ukrayna müharibəsi və iqtisadi əməkdaşlıq məsələlərinin də olacağı bildirilir.

Ərdoğan çıxışı zamanı Türkiyənin Qəzzada atəşkəsin təmin edilməsi üçün göstərdiyi diplomatiya və humanitar yardımlardan danışacaq.

Chosen
121
3
azpost.info

5Sources