Bu gün AVRO-2024-ə Almaniya – Şotlandiya görüşü ilə start veriləcək.
Oxu.Azxəbər verir ki, Avropa çempionatının ilk günündə bir qarşılaşma keçiriləcək. Turnirin ev sahibi Almaniya seçməsi Şotlandiya ilə üz-üzə gələcək. Qarşılaşmanı FIFA referisi Klement Turpin idarə edəcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.