EN

“Yaprak dökümü”nün aktyoru saxlanıldı

Türkiyəli aktyor Yusuf Atala Türkiyədə saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, o, "Pulsuz tətil qazandınız" vədi ilə insanları aldatmaqla ittiham olunaraq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun dəstə üzvləri ilə birlikdə nəzarətə götürüldüyü açıqlanıb.

Qeyd edək ki, aktyor "Yaprak dökümü" serialındakı ifasından sonra daha çox tanınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
1
qafqazinfo.az

2Sources