EN

Bakıda velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılması işlərinə başlanılıb

Bakıda

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılması işlərinə başlanılıb.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, artıq İstiqlaliyyət küçəsində, Azərbaycan prospektində parklanma yerləri yaradılıb və digər parklanma məntəqələrində də bu istiqamətdə mərhələli şəkildə işlər görülür.

Bundan əlavə, əsas cəlbetmə məntəqələrində, metro stansiyalarının qarşısında, ticarət mərkəzlərində, Bakının bulvar ərazisində bu formada dəmir konstruksiyaların quraşdırılması nəzərdə tutulub.

Chosen
84
17
azertag.az

10Sources