EN

Kanada rusiyalı nazirə də sanksiya tətbiq etdi

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şimali Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kanada Rusiyanın sənaye və ticarət naziri Anton Alixanov və Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinaya qarşı sanksiyalar tətbiq edib.

Qeyd edək ki, iyunun 4-də Kanada Rusiya ilə əlaqələrə görə 10 Ukrayna vətəndaşını sanksiya siyahısına salıb. 

Chosen
142
qafqazinfo.az

1Sources