EN

Qurtuluşdan başlanan Zəfər

YAP İmişli rayon təşkilatının “C.Cabbarlı” ərazi partiya təşkilatında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan “Qurtuluşdan başlanan Zəfər” adlı tədbir keçilirib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, “C.Cabbarlı” ərazi partiya təşkilatının sədri Hürü Şirinova və partiya fəalları iştirak edib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, Azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Natiq qeyd edib ki, müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır.“C.Cabbarlı” ərazi partiya təşkilatının sədri Hürü Şirinova qeyd edib ki, qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.Çıxış edən İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova bildirib ki, Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi, bütün dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng şəxsiyyətdir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti minillik tariximizin ən mühüm, şərəfli və böyük bir mərhələsini təşkil edir.
Digər çıxış edənlər vurğulayıblar ki, Ümummilli lider Heydər Əliyevin yürütdüyü gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi öz parlaq, prespektiv vəd edən dövrünü yaşayır. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv olan gənclərə partiya vəsiqələri təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
sesqazeti.az

1Sources