EN

Gəncədə üç ev yandı: bir nəfər tüstüdən zəhərləndi

Gəncə şəhərində üç fərdi evdə baş vermiş yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

 Turanpress.org "Report"a istinadla xəbər verir ki, yaşayış evlərindən birində başlayan yanğın sonradan digər iki evə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Ç.Hüseynova tüstüdən zəhərlənib və xəstəxanaya çatdırılıb. Yanğının səbəbləri araşdırılır. 

Chosen
69
4
turanpress.com

5Sources