EN

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib - VİDEO

“Məktəblilər

Lənkəranda Elm və Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib. Ulusum.az-ın məlumatına görə, layihə çərçivəsində 11-12 iyun tarixlərində Lənkəran Dövlət Dram Teatrında rejissor Anar Babalının “Haqqın 44 günü” adlı tamaşası nümayiş etdirilib. Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində qazanılmış zəfərimizi vəsf edən səhnə əsərində igid oğullarımızın göstərdiyi şücaət əksini tapıb. Layihənin əsas məqsədi  uşaqlar və gənclər arasında estetik zövqün formalaşdırılması, onların teatra və incəsənətə olan maraqlarının artırılması və asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaratmaqdır.Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Lənkəran rayon ümumi təhsil müəssisələrində təhsil alan 14-17 yaşlı şagirdlərin iştirakı ilə iki gün olmaqla, 4 seans davam edən tamaşanı ümumilikdə 1200 şagird izləyib.Eltun Məmmədov

Diqqət Çəkənlər

Ankarada 21-ci Türk dünyasının öncülləri silsilə konfransı keçirildi FOTO VİDEO

“17-iyun Tibb işçilərinin peşə bayramı günü” ilə əlaqədar tədbir

Qohum Nikahlarının Qadağası: Fərdi Azadlıqlara Qarşı Təhlükə?

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
104
ulusum.az

1Sources