Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü və Estoniya Mərkəzi Bankının sədri Madis Müller inflyasiyanın müvəqqəti olaraq yenidən sürətlənə biləcəyini bildirib.

İndex.az xəbər verir ki, Müller çıxışında AMB-nin hələ də 2%-lik inflyasiya hədəfinə çatmadığını ifadə edərək, “Avrozona”da inflyasiyanın yenidən sürətlənə biləcəyinə diqqət çəkib.

Digər tərəfdən Müller, inflyasiya hədəfinə çatmaq üçün uçot dərəcələrinin bir müddət orta səviyyənin üzərində qalmasının lazım olacağını bildirdi.