EN

“Rəqəmsal insan hüquqları resurs xəritəsi”nin onlayn təqdimatı olub - FOTO

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Rəqəmsal insan hüquqları resurs xəritəsi”nin onlayn təqdimatı olub.

QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutunun və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) birgə təşəbbüsü ilə yaradılan “Rəqəmsal insan hüquqları resurs xəritəsi” (https://lhri.az/az/virtual-map) Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə vəkillər, mediatorlar, tələbələr və QHT nümayəndələri üçün təqdim olunub.

İnstitutun rəsmi veb səhifəsi (www.lhri.az) üzərindən istifadəyə verilən rəqəmsal xəritənin təqdimatı Zoom platforması vasitəsilə onlayn formatda keçirilib.

Ümumilikdə, 35 nəfərin iştirakı ilə keçirilən təqdimatda bildirilib ki, xəritədə şəhər və regionlarımızda insan hüquqları sahəsində fəaliyyət göstərən dövlət qurumlarının və yerli strukturların əlaqə vasitələri və ünvanları əks olunub.

Qeyd edək ki, xəritədə 74 şəhər (rayon) üzrə insan hüquqlarının müdafiəsi sahəsində xidmət göstərən qurumların – 115 məhkəmə, 83 prokurorluq orqanı, 83 polis idarəsi, 33 cəzaçəkmə müəssisəsi, 3216 QHT, 39 mediasiya təşkilatı, 64 uşaq evi və sığınacaq, 13 ruhi-əsəb dispanseri, 132 vəkil bürosu haqqında məlumatlar əks etdirilib.

Təqdimatda rəqəmsal xəritənin üstünlükləri və əhəmiyyəti vurğulanaraq, məlumat bazasının müntəzəm yenilənməsinin nəzərdə tutulduğu da bildirilib.

Chosen
93
qht.az

1Sources