Moskva, 14 iyun, AZƏRTAC
Moskvada Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının iclası keçiriləcək.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şuranın 102-ci iclası iyunun 21-də keçiriləcək. Birlik ölkələrinin nümayəndə heyətlərinin başçıları iştirakçı dövlətlərin iqtisadi əməkdaşlığının müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva