Beynəlxalq Kosmik Stansiyanın (BKS) xarici səthini mikroblardan təmizləmək üçün NASA-nın yeni missiyası həyata keçiriləcək.

İndex.az.xəbər verir ki, bu missiya 2024-cü ilin ilk kosmos yürüşü olacaq.

Onlar həmçinin stansiyanın “Destiny” və “Quest” modullarının xarici səthlərini təmizləyəcək və stansiyanın ventilyasiya dəliklərindən ayrılan mikroorqanizmlərin mikroqravitasiya mühitində yaşayıb-yaşamayacağını müəyyən etmək üçün analizlər aparacaqlar.

Tapıntılar elm adamlarına Yerdən əlavə başqa yerlərdə də həyatın olması ehtimalını qiymətləndirməyə kömək edəcək.