EN

Ermənistan parlamentində gərginlik: rədd ol, aşağı düş... - Video

Ermənistan

Bu gün Ermənistan parlamentində keçirilən iclas zamanı vəziyyət yenidən pisləşib, iqtidar və müxalifət təmsilçiləri bir-birini təhqir edib.

Reyting.az
xəbər verir ki, “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan spiker Alen Simonyanın ünvanına tənqidi fikirlər səsləndirib.

Minasyan spikeri müxalifət deputatlarına qarşı qərəzli münasibətdə ittiham edib. Parlamentarinin sözlərinə görə, Simonyan faktiki olaraq onların parlamentə girişini məhdudlaşdırıb.

Spiker Simonyan onun dediklərinin yalan olduğunu, heç kimə belə bir göstəriş vermədiyini bildirib. “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının sədri Seyran Ohanyan isə cavab verib. Ohanyan Simonyanın yanına gedib və vəziyyəti izah etməyə çalışıb. Spiker isə Seyran Ohanyanı dinləməyib, onu yalan danışmaqda ittiham edib və onu aşağı enib, yerini tutmağa çağırıb.

“Sən yalan danışırsan. Rədd ol! Sənin burada olmağa haqqın yoxdur. İndi sizə deyəcəm və bura ümumiyyətlə icazə verilməyəcək. Aşağı düş, get burdan!”, - deyə Simonyan Ohanyandan tələb edib.

Bu davranış müxalifət fraksiyasının rəhbərini ruhdan salıb. Ohanyan bu münasibətə “bunlar çox xəstədir”, - replikası ilə cavab verib. Spiiker isə onun bu sözlərindən daha da qəzəblənib, “Xəstə özünsən!”,- cavabını verib.

Spikeri onun müavini Akop Arşakyan da dəstəkləyib.



ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
reyting.az

1Sources