EN

Qəzza bir gündə ən azı 30 fələstinli həlak oldu


İsrailin son 24 saat ərzində Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ən azı 30 fələstinli ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi “Telegram” kanalında belə məlumat yayıb.
“Son 24 saat ərzində İsrailin Qəzza zolağına təcavüzü nəticəsində 30 nəfər həlak olub, 105 nəfər yaralanıb”, - nazirliyin məlumatında bildrilib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin, İsrailin əməliyyatları nəticəsində ölən fələstinlilərin sayının 37 min 232, yaralanan fələstinlilərin sayının isə 85 min 37 nəfərə çatdığını vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
yeniavaz.com

1Sources