EN

Bakıda “Çiçəklənən Şuşa” adlı sərgi açıldı

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Səyyar Əliyevin “Çiçəklənən Şuşa” adlı fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə 80-dən çox əsər yer alıb.

Ekspozisiyada fırça ustasının Şuşaya, Xocalı faciəsinə həsr olunan əsərləri, abstrakt və peyzaj janrında çəkdiyi rəsmləri nümayiş olunur. Sərgidə həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsində Vətən müharibəsində əldə olunmuş Qələbəyə həsr olunmuş “Ata vəsiyyəti”, “Şuşa qalası”, “Cıdır düzü”, “Xarıbülbül” əsərlərini də görmək olar.

Sərgidə rəssamın müasir incəsənətə olan unikal baxışını əks etdirən ən yeni əsərləri nümayiş olunur. Səyyar Əliyevin hər bir əsəri dərin fəlsəfə və zərifliklə doludur, ruhun ən incə tellərini titrədə biləcək gücə malikdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
114
kulis.az

1Sources