EN

ABŞ-dən Ermənistana daha bir səfər

ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə baş müavini Riçard Verma iyunun 17-də Ermənistana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

R.Vermanın Ermənistan-ABŞ forumunda iştirak edəcək, həmçinin baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Qeyd edək ki, bundan əvvəl dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms OBrayen Ermənistanda səfərdə olub.


Müəllif: Teleqraf.com
Chosen
102
6
teleqraf.com

7Sources