EN

Messi məşqçi olacaq? - Özü cavab verdi

Messi məşqçi olacaq? - Özü cavab verdi

Argentinalı futbolçu Lionel Messi karyerasına məşqçi kimi davam edib-etməyəcəyinə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, o, "ESPN Argentina"ya açıqlamasında bunu istəmədiyini deyib.

"Mən həmişə deyirdim ki, məşqçi olmaq istəmirəm. Bu mənim xoşuma gəlmir", - deyə Messi bildirib.

Xatırladaq ki, ulduz futbolçu 2003-2021-ci illərdə "Barselona"da çıxış edib.

Messi 2023-cü ilin yayında PSJ-dən "İnter Mayami"yə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb.

Bu mövsüm Messi MLS-də 12 oyun keçirib və 12 qol vurub.

2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu olub. Bu, ulduz futbolçunun karyerasında ilk belə kubokdur. O, millinin heyətində 100-dən çox qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
sonxeber.az

1Sources