EN

"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı: Cəmalə Rəhimova

Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.

 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Cəmalə Səməd qızı Rəhimova Ağstafa Rayon Mərkəzi Xəstəxanasında direktorun inzibati məsələlər üzrə müavinidir.
 
O, 10 sentyabr 1966-cı ildə anadan olub. 1985-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə daxil olub. 1990-cı ildə Qazax Rayon Mərkəzi Xəstəxanasının Uşaq Xəstəlikləri Xəstəxanasında internatura keçib.
 
Cəmalə Rəhimova 1992-ci ildə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Uşaq Poliklinikasında pediatr işləyib. 2016-cı ildə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimin metodiki işlər üzrə müavini vəzifəsinə təyin edilib. 5 yanvar 2021-ci il tarixindən Ağstafa Rayon Mərkəzi Xəstəxanası direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilib. Hazırda həmin vəzifəni icra edir.
 
Həkim səhiyyənin təşkili, idarəetmə və pediatriya ixtisası üzrə sertifikatlar alıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
aztibb.az

1Sources