EN

"Vətəndaş Həmrəyliyinin Gücləndirilməsi" Layihəsi Gənclərin Maarifləndirilməsinə Yönəlib - FOTOLAR

Yeni Fikir” JHİB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş həmrəyliyinin gücləndirilməsi” layihəsi çərçivəsində tədbirlər uğurla davam edir.

İndiyədək layihə çərçivəsində keçirilən maarifləndirici tədbirlərdə 180-ə yaxın gənc və yeniyetmə iştirak edib.

Layihənin növbəti tədbiri Balakən şəhərində, 1 nömrəli Peşə məktəbində baş tutdu. 1973-cü ildən fəaliyyət göstərən bu məktəbdə 480 yerlik əsas və yardımçı tədris korpusları mövcuddur. Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. “Yeni Fikir” JHİB-nin sədri və layihənin rəhbəri Elmira Mehdiyeva tədbirin məqsədləri və məramı barədə ətraflı məlumat verdi.

Layihənin eksperti İbrahim İbrahimov milli birliyin dövlət siyasətimizin prioritetlərindən biri olduğunu vurğuladı. O qeyd etdi ki, Vətən müharibəsində əsgər və zabitlərimizin həm döyüş bacarıqları, həm də bir-birinə dəstəkləri qələbəni təmin etdi. Şuşanın azad edilməsində əldə edilən qələbə əqidə birliyi və sarsılmaz inamla da əldə edildi.

Məktəbin şagirdi Talha Vahabov şəhidlərimizin qanı-canı bahasına qazanılan qələbəni qoruyacaqlarını bildirdi. 44 günlük müharibədə məktəbin bir şagirdi şəhid olub. Birinci Qarabağ döyüşlərində isə məktəbin 17 şagirdi şəhid olub.

Tədbirdə iştirak edən digər şagirdlər və gənclər də vətənpərvərlik və həmrəylik barədə öz fikirlərini bölüşdülər. Tədbir çay süfrəsi arxasında maraqlı fikir mübadiləsi ilə sona çatdı.

"Cebhe.info" 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
50
cebheinfo.az

10Sources