EN

ABŞ və Ukrayna 10 illik təhlükəsizlik sazişi imzalayıblar

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik sazişi imzalayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata əsasən, saziş İtaliyada keçirilən “Yeddilik Qrupu” sammiti çərçivəsində imzalanıb.

"Tərəflər bu razılaşmanı Ukraynanın NATO alyansına mümkün üzvlüyünə körpü kimi baxırlar", - deyə sənəddə bildirilib.

Qeyd olunub ki, ABŞ Ukraynaya hərbi məhsullar, kəşfiyyat məlumatları, hərbi təlimlər və hərbi sənaye kompleksinin inkişafı ilə bağlı yardım göstərmək niyyətindədir.

Chosen
161
turkic.world

1Sources