“Nyukasl” heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Lloyd Kelli heyətə cəlb olunub.
Müdafiəçi yeni klubuna azad agent kimi qoşulub. Tərəflə 5+1 illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, “Bristol Siti”nin yetirməsi Llyod son olaraq “Bornmut”da forma geyib.