EN

Gənclərdə depressiyanın aşkar olmayan təhlükəli nəticəsi üzə çıxdı

Fransanın Bordo Universitetinin alimləri müəyyən ediblər ki, 55 yaşdan sonra gənclərdə depressiya idrak qabiliyyətinin azalmasına səbəb ola bilər.


Sfera.az xəbər verir ki, bu barədə olan tədqiqatın nəticələri "Neurology" jurnalında dərc olunub.
 

Araşdırmada orta yaşı 30 olan 3117 insan iştirak edib. Hər beş ildən bir iştirakçılar depressiya əlamətlərinin mövcudluğunu və şiddətini müəyyən etmək üçün xüsusi psixoloji sorğular doldurublar. Subyektlərdən yuxu keyfiyyətində, iştahda, konsentrasiya qabiliyyətində və psixoloji vəziyyətində dəyişiklikləri müşahidə edib etmədikləri barədə məlumat vermələri istənilib. Bir müddət sonra, iştirakçıların orta hesabla 55 yaşı olanda, tədqiqatçılar onlara yaddaş və düşüncəni qiymətləndirmək üçün əlavə bir sıra testlər keçirməyi tapşırıblar.
 

Nəticələr göstərib ki, ağır depressiv simptomlar daha pis şifahi yaddaş və emal sürəti ilə əlaqələndirilir. Üstəlik, bu əlaqə qaradərili iştirakçılar arasında ağlara nisbətən daha qabarıq şəkildə özünü göstərib. Alimlərin fikrincə, depressiyaya düşmək sonrakı həyatda tam demans inkişaf riskini artıra bilər.

İnci
Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
1
sfera.az

2Sources