EN

ABÅž-ın sanksiyalarına cavab verilÉ™cÉ™k – Antonov

Rusiya Federasiyasının Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib ki, Rusiya ABŞ-ın tətbiq etdiyi qarşıdurmaya adekvat və qəti cavab verəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun fikrincə, ABŞ Maliyyə Nazirliyinin tətbiq etdiyi yeni sanksiyalar Amerika hakimiyyətinin Rusiya xalqına təbrikidir.

Antonovun sözlərinə görə, Vaşinqton qlobal problemləri təkbaşına həll edə biləcəyinə inanır, eyni zamanda terrorizm, kütləvi qırğın silahlarının yayılması, kibercinayətkarlıq və digər təhlükələr artmaqdadır.

Diplomat qeyd edib ki, ABŞ buna hazırdırsa, Rusiya tərəfi bərabərhüquqlu dialoqa hazırdır, lakin Moskva özünü tərəfdaş kimi sırımaq fikrində deyil.

Chosen
88
nocomment.az

1Sources