EN

İtaliyalı “Marsel”in baş məşqçisi olacaq

Roberto de Zerbi Fransada işləyəcək. İtaliyalı mütəxəssis Marsel “Olimpik”inin baş məşqçisi olmağa yaxındır. 

Bizim.Media xəbər verir ki, mövsüm bitən kimi “Brayton”dan ayrılan 45 yaşlı mütəxəssis bir sıra klubların hədəfində olsa da, marsellilərlə anlaşıb. 

Təyinatın tezliklə rəsmən açıqlanması gözlənilir. De Zerbi son iki mövsümdə İngiltərə klubunda işləyib. O, ilk dəfə Fransaya üz tutur.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
bizim.media

1Sources