Həmçinin, "Pobeda” aviaşirkəti və bir sıra Rusiya KİV-ləri, o cümlədən "Rossiyskaya qazeta” da sanksiyalar siyahısına salınıb.
Eyni zamanda SDN siyahısına daxil edilməsi bank üçün ABŞ-dakı aktivlərinin dondurulması və hər hansı amerikalı kontragentlə dollarla hesablaşmaların qadağan edilməsi deməkdir.
2022-ci ilin fevralından SDN siyahısına 40-dan çox bank daxil edilib. Mütəxəssilərin sözlərinə görə, əgər əvvəllər iri və ya dövlət bankları sanksiyalara məruz qalırdısa, indi kiçik banklar da siyahıya salınır. Rusiya KİV-i yazır ki, əksər banklar bu xəbərə təəccüblə yanaşmayıblar. Həmin bankların şərhində qeyd olunur ki, sanksiyalar "bankın işinə ciddi təsir etməyəcək”, "müştərilər heç bir şəkildə məhdudlaşdırıcı tədbirlərin təsirini hiss etməyəcəklər.
www.anews.az