EN

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanov və Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinaya qarşı sanksiyalar tətbiq edilib.
Həmçinin, "Pobeda” aviaşirkəti və bir sıra Rusiya KİV-ləri, o cümlədən "Rossiyskaya qazeta” da sanksiyalar siyahısına salınıb.

Bundan başqa, Rusiyanın yeddi ban­kı ABŞ-ın bloklayıcı sanksiyalarına məruz qalıb.

Eyni zamanda SDN siyahısına daxil edilməsi bank üçün ABŞ-dakı aktivlərinin dondurulması və hər hansı amerikalı kontra­gentlə dollarla hesablaşmaların qadağan edil­məsi deməkdir.

2022-ci ilin fevralından SDN siyahısına 40-dan çox bank daxil edilib. Mütəxəssilərin sözlərinə görə, əgər əvvəllər iri və ya döv­lət bankları sanksiyalara məruz qalırdısa, indi kiçik banklar da siyahıya salınır. Rusi­ya KİV-i yazır ki, əksər banklar bu xəbərə təəccüblə yanaşmayıblar. Həmin bankların şərhində qeyd olunur ki, sanksiyalar "bankın işinə ciddi təsir etməyəcək”, "müştərilər heç bir şəkildə məhdudlaşdırıcı tədbirlərin təsiri­ni hiss etməyəcəklər.

Aytac

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
anews.az

1Sources