Malidə qızıl mədənində şaxtanın çökməsi nəticəsində azı 21 nəfər ölüb. Manset.az report.az-a istinadən xəbər verir ki, bu barədə "RFI" radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, hadisə iyunun 8-də ölkənin cənubundakı Kalana kommunasında baş verib. Dağıntılar altında daha çox işçinin qaldığından ölənlərin sayı arta bilər. Qeyd olunub ki, həlak olan mədənçilərin yaşı 15-20 yaş arasında olub.