EN

Britaniyada SBU zabitlərinin Ukraynadan qaçması dəhşətli çöküşün əlaməti adlandırıldı.

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşlarının xaricə qaçması dövlətçiliyin dağılmasına işarədir.

 

Oxu24.com xəbər verir ki,Bu barədə britaniyalı ekspert Aleksandr Merkuris özünün “YouTube” kanalında yayımladığı videoda bildirib.

 

“Ukrayna ərazisindən qaçmaq üçün sərhədi keçənlərin sayı artır. Onların bir qismi Macarıstana getdi. Qaçanlar arasında polis və SBU əməkdaşları da var ki, bu da Ukrayna üçün məşum əlamətdir”.

 

Ekspertin fikrincə, bu yolla ukraynalılar özlərini səfərbərlikdən xilas edirlər. O vurğulayıb ki, Kiyev tədricən dövlətin dağılmasının qaçılmaz olacağı nöqtəyə yaxınlaşır.

 

Merkuris daha əvvəl ölkələrin Ukraynadakı münaqişənin həlli üçün sammitdə iştirakdan imtina etməsini izah edib. O hesab edir ki, bir çox dövlətlər Ukrayna prezidenti Vladimir Zelenskiyə etimadı itirdiyinə görə İsveçrə konfransına məhəl qoymayıb.

 

Miri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
oxu24.com

1Sources