EN

İqtisadi Şura və AİH Müşahidə Şurasının birgə iclası keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin hazırlıq vəziyyəti müzakirə olunub.
Oxu.Az xəbər verir ki, müzakirələr İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının birgə iclası zamanı aparılıb.
Qeyd olunub ki, iyunun 13-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində "Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 avqust tarixli 4078 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti, o cümlədən, Sərəncama əsasən, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin (Azərbaycan Dövlət Neft Şirkətinin strukturuna daxil olan "Azərikimya" İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid zavodu və Metanol zavodu, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti) hazırlıq vəziyyəti, dövlət müəssisələrinin kommersiya və maliyyə təhlilləri, hər bir müəssisə üzrə fərdi yol xəritəsi, özəl investisiyaların cəlb edilməsi üzrə qanunvericilik bazasına tələb olunan dəyişikliklər, həmçinin biznesə yönəlik dövlət xidmətləri və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib. İclasda dövlət müəssisələrinin rəhbər şəxsləri də iştirak edib.
İclasın yekununda İqtisadi Şuranın və AİH-nin Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunaraq aidiyyəti qurumlara və AİH-nin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
50
oxu.az

10Sources