EN

Sloveniya gizli şəkildə Ukraynaya hərbi yardım ötürdü

ABŞ-ın maliyyə çatışmazlığı səbəbindən Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü gecikdirdiyi bir vaxtda Sloveniya hökuməti Ukraynaya hərbi yardımın böyük hissəsini köçürüb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Sloveniyanın 24UR portalı məlumat yayıb.

 

Jurnalistlərin məlumatına görə, Sloveniya gizli şəkildə Ukrayna hərbçilərini 26 BOV zirehli döyüş maşını, üç M80A piyada döyüş maşını və HMMWV zirehli texnikası ilə təmin edib.

 

Ukraynaya ağır silahlarla yanaşı, avtomatik tüfənglər, döyüş sursatları, dəbilqələr, Zastava M55 zenit silahları və kəşfiyyat aparatları şəklində hərbi yardım da edilib.

 

Nəşr həmçinin vurğulayır ki, Sloveniya ölkənin miqyasını nəzərə alaraq, Ukrayna Silahlı Qüvvələrinə “çox böyük həcmdə” silah təhvil verib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
114
oxu24.com

1Sources