Bilbao “Atletik”i komandanın ispan veteran mərkəz müdafiəçisi Ander Errera ilə müqabiləsinin müddətini uzadıb.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Ander Errera “Saraqosa”nın yetirməsidir. Müdafiəçi karyerası ərzində “Mançester Yunayted” və PSJ-də çıxış edib. “Atletik” Erreranı 2023-cü ilin yanvarında PSJ-dən azad agent qismində yenidən öz heyətinə qatıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Errera “Atletik”in heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib. İspan müdafiəçinin Bilbao klubunda çıxışının ümumi mənzərəsi isə belədir: 175 oyun, 11 qol, 23 məhsuldar ötürmə.
Veteran müdafiəçi “Atletik”lə 2023/2024-cü illər mövsümü İsapniya Kral Kubokunun qalibi olub.
Ander Errera 2016-cı ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində cəmi 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 34 yaşlı ispan müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.