EN

ABŞ-nin Ermənistandakı səfirliyi etirazçılara çağırış edib

ABŞ-nin Ermənistandakı səfirliyi etirazçılara çağırış edib.Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

ABŞ səfirliyi bildirib ki, paytaxt İrəvanda davam edən nümayişləri izləyirlər.

"Biz etirazçıları zorakılıqdan qaçmaqla sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etməyə çağırırıq. Demokratik proses siyasi mübahisələri həll etmək yoludur. Biz həmçinin hüquq-mühafizə orqanlarını vətəndaşların ifadə və sərbəst toplaşmaq hüquqlarını müdafiə edərək asayişi qorumağa və nümayişləri işıqlandıran jurnalistlərlə bağlı prosedurların pozulmuş ola biləcəyi insidentləri araşdırmağa çağırırıq", - ABŞ səfirliyindən bildirilib.


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
12
anews.az

10Sources