"Xidmətimdə maraqlı olan klublar var. Səmimi deyim ki, aralarında elita təmsilçisi yoxdu. Hamısı I Liqada mübarizə aparanlardı. Hələlik hansısa klubla danışıqlar masası arxasına oturmamışıq". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Zəkiyev deyib.
Â
24 yaşlı qolkiper ölkə xaricinə yollanmaq ehtimalının olduğunu da bildirib: "Legioner həyatı yaşamaq ehtimalı böyükdü. Hazırda Slovakiyanın II liqa klubundan təklif var. Amma qarşı tərəfə konkret cavab verməmişəm. Seçim zamanı tələsmək istəmirəm. Qarşıdakı günlərdə bu barədə qərarımı verəcəm".
Â
Qeyd edək ki, son mövsümü I Liqada mübarizə aparan "Karvan"da keçirən Zəkiyev yevlax təmsilçisinin heyətində cəmi 2 oyunda meydana çıxıb və qapısında 3 qol görüb. ABDULLA İSMAYILOĞLU