EN

"Fərid Əhmədov işi nəzarətə götürdükdən sonra 7 ildir gözləyən məhkəmə qətnaməsi icra olundu"

Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qətnamə 7 il sonra icra olunub.

Bu barədə e-huquq.az-a vəkil Yusif Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə vətəndaş İradə Talıbovanın Bakı şəhəri Yasamal rayonu, Ə.Əhmədov küçəsi 17 ünvanında “R.Ş.N” MTK tərəfindən inşa edilmiş yaşayış binasının 3 otaqlı mənzili ilə təmin edilməsi qət edilib. Lakin sözügedən qətnamə 7 il müddətində icra edilməyib.

"Həmin müddət ərzində bununla əlaqədar İradə Talıbova və vəkil olaraq mənim tərəfimdən bir çox müraciətlər və şikayətlər edilib. Bütün müraciətlər, şikayətlər nəticəsiz qalıb. 2024-cü ilin mart ayında hüquqların müdafiəsi naminə qəbul edilmiş müvafiq məhkəmə aktının icrasına köməklik göstərilməsi xahişi ilə Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fərid Əhmədova müraciət ünvanlandı. Həmin müraciət nəticəsiz qalmadı, dərhal münasibət bildirildi. Cənab nazir Fərid Əhmədov icra işini öz nəzarətinə götürdü və yekunda qətnaməsi bu gün tam şəkildə icra edildi. Qeyd edilən məsələnin tez bir zamanda öz həllini tapmasında göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fərid Əhmədova təşəkkürümüzü bildiririk", - deyə vəkil qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
e-huquq.az

1Sources