EN

Abel Məhərrəmovun general qardaşı sərəncama götürüldü - Yerinə o gətirildi

Ədliyyə Nazirliyinin İnsan Resusları Baş İdarəsinin rəisi, ədliyyə generalı Rauf Məhərrəmov sərəncama götürülüb. 

Qaynarinfo-nun məlumatına görə, "Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib. 

Bununla əlaqədar Rauf Məhərrəmov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb.

Qeyd edək ki, son dəyişikliyə əsasən Ədliyyə Nazirliyinin İnsan Resusları Baş İdarəsi ləğv edilərək, yerində Ədliyyə Nazirliyinin İnsan Resusları İdarəsi yaradılıb. 

Nazir Fərid Əhmədovun müvafiq əmri ilə İnsan Resusları İdarəsinin rəisi vəzifəsinin icrası Ələkbər Nəbiyevə həvalə edilib. 

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Rauf Məhərrəmovun işdən çıxarılması barədə ilk xəbəri Bakivaxti.az yayıb.

Əhməd
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
qaynarinfo.az

1Sources