EN

BDU-nun buraxılış kurs tələbələri 100-dən çox qurumda tədris və istehsalat təcrübəsi keçiblər

2023/2024-cü tÉ™dris ilinin yaz semestrindÉ™ Bakı DövlÉ™t Universitetinin (BDU) bütün fakültÉ™lÉ™rinin buraxılış kurs tÉ™lÉ™bÉ™lÉ™ri tÉ™dris planına uyÄŸun olaraq tÉ™dris, istehsalat vÉ™ pedaqoji tÉ™crübÉ™ keçiblÉ™r. 
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Bildirilib ki, ölkənin 100-dən çox aparıcı müəssisə və təşkilatında BDU-nun 2768 tələbəsi istehsalat, 2132 tələbəsi isə tədris təcrübəsində iştirak edib.
 
Müəllimlik ixtisası üzrə təhsil alan buraxılış kurs tələbələri isə iyulun 5-dək Bakı şəhərinin orta ümumtəhsil məktəbləri və liseylərdə pedaqoji təcrübə keçirlər. Pedaqoji təcrübə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, İdarənin tabeliyində olan ümumtəhsil məktəbləri və BDU arasında bağlanılan üçtərəfli müqavilə əsasında tənzimlənir. Ümümilikdə 2023/2024-cü tədris ili üzrə pedaqoji təcrübədə BDU-nun 1225 tələbəsi iştirak edir.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
moderator.az

1Sources