EN

Qovulan işçiləri İlon Maskı cinsi qısnamada ittiham edərək məhkəməyə verdi

SpaceX-in səkkiz keçmiş əməkdaşı, onların fikrincə, qeyri-qanuni işdən çıxarıldığı üçün şirkətə və İlon Maska qarşı məhkəmə iddiası qaldırıb. İddiaçılar dörd kişi, dörd qadındır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb

İddiaçılar şirkətdə gender ayrı-seçkiliyi və cinsi qısnama ilə bağlı narahatlıqlarını ifadə etdikləri açıq məktub yazdıqdan sonra işdən çıxarıldıqlarını iddia edirlər.
"Mask bilərəkdən və məqsədyönlü şəkildə iş yerində qadınları və ya LGBTQ+ icmasını təhqir edən iyrənc cinsi fotoşəkillər, memlər və şərhlər yaymaqla arzuolunmaz düşmən iş mühiti yaradıb”, - nəşr iddiaçılardan sitat gətirir.

Onlar həmçinin iddia edirlər ki, bəziləri daha sonra Twitter-də "Maskın yazılarını təqlid edən” və "çox narahat, düşmən iş mühiti yaradan” digər həmkarları tərəfindən təcavüzə məruz qalıb. Eyni zamanda, SpaceX işçilərinin şirkət siyasətinin pozulması səbəbindən işdən çıxarıldığını iddia edir.

Qeyd edək ki, bir gün əvvəl "The Wall Street Journal” Maskın şirkətlərinin işçilərini təqib etməsi ilə bağlı material dərc edib. Nəşr yazır ki, qadın işçilərin karyerası Maskla intim yaxınlığa razılıqdan asılı ola bilər. Materiala görə, Mask təcrübəçilərdən birini onun evinə gəlməyi tələb edən mesajlarla bezdirib. O, SpaceX-in başqa əməkdaşına seks qarşılığında at hədiyyə etməyi təklif edib, üçüncüsündən isə onun üçün uşaq dünyaya gətirməsini istəyib.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
qaynarinfo.az

1Sources