EN

Böyük Britaniya İşçi Partiyası: “Fələstin dövlətini tanımağa hazırıq”

Seçki manifestini açıqlayan İngiltərə İşçi Partiyası Fələstin Dövlətini tanımaqda qərarlı olduqlarını bildirib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bəyannamədə “Fələstin Dövləti Fələstin xalqının ayrılmaz hüququdur” ifadələri yer alıb. Beləki, İngiltərədə partiyalar erkən seçkilərə hazırlaşır. Baş nazir Rişi Sunak mayın 22-də verdiyi açıqlamada seçkilərin iyulun 4-də keçiriləcəyini açıqlamışdı. Britaniya İşçi Partiyası isə bu gün seçki manifestini açıqlayıb. Bəyannamədə İşçi Partiyası hakimiyyətə gələrsə, İngiltərənin Avropa İttifaqından kənarda qalacağını, lakin Aİ ilə münasibətlərini yenidən quracağını açıqlayıb. İngiltərənin Ukraynaya maliyyə, hərbi və diplomatik dəstəyi davam etdirəcəyini bildirən partiya, Çinlə əlaqələrin idarə olunmasına uzunmüddətli və strateji bir yanaşma gətirəcəyini bəyan edib. Bəyannamədə Fələstindəki vəziyyət də müzakirə olunub. İşçi Partiyası Fələstin Dövlətinin Fələstin xalqının ayrılmaz bir haqqı olduğunu ifadə edərək, "Biz Fələstin Dövlətini yenilənmiş sülh prosesinə töhfə olaraq tanımaqda qərarlıyıq" deyib. Əfsanə Rəcəb Manşet.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
1
manset.az

2Sources