EN

Müsabiqənin müsahibə mərhələsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən müsabiqənin müsahibə mərhələsinə start verilib.

 

AzEdu.az xəbər verir ki, nəticələrə əsasən, test imtahanında 30 sualdan 18 və daha çoxunu doğru cavablandıran namizədlər müsahibəyə dəvət olunub.

 

Müsahibənin vaxtı haqqında məlumat öncədən namizədlərin qeydiyyatdan keçdikləri elektron poçt ünvanlarına göndərilib.

 

Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri və fərdi səriştələri nəzərə alınır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
1
azedu.az

4Sources