EN

Özəl klinikada kariyesdən müalicə zamanı 7 yaşlı uşaq dünyasını dəyişdi – FOTO

7 yaşlı uşaq özəl stomatoloji klinikada kariyesdən müalicə zamanı dünyasını dəyişib.

interpress.az xəbər verir ki, hadisə iyunun 12-də baş verib. Ana və oğul uşağın dişlərini müalicə etmək və təmizləmək üçün Rusiyanın Krasnoyarsk şəhərində özəl klinikaya gəlib.

Oğlan narkoz verildikdən sonra qəfil pisləşib.

İlkin məlumatlara görə, sedativ üçün qadın klinikaya test nəticələrini təqdim edib, lakin anestezioloq sedativ dərmanlar verməzdən əvvəl körpənin testlərini yoxlamayıb.

Hadisə yerinə gələn anestezioloq və təcili tibbi yardım briqadası reanimasiya tədbirləri görsə də, uşağı xilas etmək mümkün olmayıb.

Artıq faktla bağlı iş başlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
interpress.az

1Sources