EN

Küveytdə baş verən güclü yanğında ölənlərin sayı artdı

Ötən gün Küveytdə baş verən yanğında azı 49 işçi həlak olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, onların hamısı Hindistan vətəndaşı imiş

Miqrantların məskunlaşdığı 6 mərtəbəli binada yanğın zamanı, həmçinin, 50-dən çox insan yaralanıb.

Bununla bağlı yayılmış videogörüntülərdə alovların aşağı mərtəbələri bürüdüyü, yuxarı mərtəbələrin pəncərələrindən isə qara tüstü çıxdığı kadrlar əks olunub.

Xatırladaq ki, Küveytin cənubundakı Əhmədi əyalətinin Manqaf şəhərində yaşayış binasında iyunun 12-də baş verən yanğında azı 35 nəfərin öldüyü, 43 nəfərin yaralandığı bildirilirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
sia.az

1Sources