EN

SpaceX-in keçmiş işçiləri İlon Maskı cinsi qısnamaya görə MƏHKƏMƏYƏ VERDİ

SpaceX-in keçmiş işçiləri İlon Maskı cinsi qısnamaya görə məhkəməyə verib.

interpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. SpaceX-in keçmiş işçiləri İlon Maskı cinsi qısnamaya görə məhkəməyə verib.

Agentlik yazır ki, şirkət ittihamları rədd edir. Onun sözlərinə görə, kollektiv davaya 2022-ci ildə işdən çıxarılan səkkiz işçi daxildir.

“Mask bilərəkdən və məqsədyönlü şəkildə qadınları və LGBTQ+ icmasını təhqir edən iyrənc cinsi fotoşəkillər, memlər və şərhlər yerləşdirməklə arzuolunmaz düşmənçilik mühiti yaradıb”.
– şirkətin səkkiz keçmiş əməkdaşının iddiasında deyilir.

SpaceX ittihamları rədd edir və işdən çıxarılan işçilərin şirkət siyasətini pozduğunu iddia edir. Onlar həmçinin bildiriblər ki, Maskın işçilərin işdən çıxarılmasında əli olmayıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
95
interpress.az

1Sources