EN

"Uğursuzluqda jurnalistlərin nə günahı var?"

style='margin-bottom:10px;'>

"Uğursuzluq varsa, buna məşqçi heyəti və futbolçular məsuliyyət daşıyır. Jurnalistlərin bunda nə günahı var?"

QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş bu gün keçirilən mətbuat konfransında bildirib. O, bu sözləri "sələfiniz Canni De Byazi hər uğursuz nəticədən sonra müxtəlif bəhanələr gətirirdi. Siz də eyni addımı atacaqsınız?" sualına cavabında bildirib.

Həmçinin oxuyun: Azərbaycan millisinin yeni baş məşqçisindən iddialı açıqlamalar

Santuş qeyd edib ki, ətbuatda səslənən fikirlərlə razılaşıb-razılaşmamaqları başqa məsələdir: "Amma istənilən halda sizin fikirlərinizə hörmətlə yanaşmalıyıq. Azərbaycana iş görmək üçün gəlmişik. Dediyim kimi, bəlli hədəflərimiz var və ümid edirəm ki, 2028-ci ildə hədəflərimizə çatacağıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
131
teleqraf.com

1Sources