EN

“Santuşa çox inanırıq” – Sərxan Hacıyev

“Fernandu Santuş dünyada tanınmış baş məşqçidir. O, 2014-cü ildə Yunanıstan millisini dünya çempionatının final mərhələsinə çıxarmış təcrübəli mütəxəssisdir”.

Msport.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimində deyib.

70 yaşlı çalışdırıcının Portuqaliya yığması ilə Avropa çempionu olduğunu xatırladan S.Hacıyev ona çox inandıqlarını bildirib: “Məqsəd 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaqdır. O da millimizin bir neçə oyununa baxıb və komandaya güvəndiyini söyləyib. İnanıram ki, onun rəhbərliyi altında müsbət nəticələr qazanacağıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
1
msport.az

2Sources