EN

Fizika-riyaziyyat təmayüllü liseyə qəbul imtahanının vaxtı açıqlandı

25 iyun 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində Fizika-riyaziyyat təmayüllü liseyə qəbul imtahanı keçiriləcək.

Yenicag.az xəbər verir ki, imtahanlarda ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda təhsil alan VI, VII, VIII və IX sinif şagirdləri iştirak edəcəklər.

Qəbul imtahanı VII və VIII siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə, IX və X siniflər üçün isə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən keçiriləcək.

Test tapşırıqları VII sinifə qəbul üzrə Azərbaycan dili fənnindən 20, riyaziyyat fənnindən 30 sual olmaqla cəmi 50, VIII sinifə qəbul üzrə Azərbaycan dili fənnindən 25, riyaziyyat fənnindən 35 sual olmaqla cəmi 60, IX-X sinifə qəbul üzrə isə Azərbaycan dili fənnindən 20, riyaziyyat fənnindən 20, fizika fənnindən 20 sual olmaqla cəmi 60 sualdan ibarət olacaq.

Qeyd edək ki, sənəd qəbulu üçün son tarix 14 iyundur. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!

Qeydiyyat üçün 2 ədəd 3×4 fotoşəkil və şagirdin şəxsiyyət vəsiqəsinin surətini liseyə təqdim etmək lazımdır.

Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 994+ (012) 539 54 48

994+ (055) 551 51 63

E-Mail: lisey@azmiu.edu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
4
yenicag.az

5Sources