EN

Qərb bunu da etdi: Ukrayna rus pulu ilə müharibə aparacaq - RƏSMİ AÇIQLAMA

Rusiya dövlətinə aid dondurulmuş aktivlər Ukraynanın müharibə xərclərinin maliyyələşdirilməsində istifadə olunacaq.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, G7 sammiti bu variantı qəbul edib. Razılaşmaya əsasən, Rusiya dövlətinə aid dondurulmuş aktivlər girov qoyulmaqla Ukraynaya maliyyə dəstəyi veriləcək. Bu formula ilə Ukraynaya ilk maliyyə dəstəyini ABŞ edəcək.

 

ABŞ rus aktivlərinin girov qoyulması hesabına Ukraynaya 50 milyard dollar kredit ayıracaq. Son məlumata əsasən, Rusiya Mərkəzi Bankının Qərb ölkələrində olan 260 milyard dollar aktivi dondurulub və Rusiya həmin vəsaitlərdən istifadə edə bilmir. ABŞ təklif edib ki, həmin vəsaitləri girov qoyaraq müharibəni maliyyələşdirmək üçün Ukraynaya borc verilsin, verilən borc isə 260 milyard dollardən əldə edilən gəlirlə maliyyələşdirilsin. G7 bu təklifi qəbul edib.

 

Qeyri-rəsmi məlumatlara görə Rusiyanın 260 milyard dollar vəsaitinə görə hər il bir neçə milyard dollar faiz gəliri əldə olunur. Çərşənbə günü jurnalistlərə brifinq verən fransız rəsmisi liderlər arasında siyasi qərarın əldə edildiyini, lakin aktivlərin istifadəsi mexanizminin texniki və hüquqi detallarının həll edilməsinə ehtiyac olduğunu bildirib:

 

“Məsələ mürəkkəbdir, çünki Rusiya aktivləri nə vaxtsa ləğv olunarsa, məsələn, müharibə başa çatarsa, o zaman gözlənilməz mənfəət artıq krediti ödəmək üçün mövcud olmayacaq və digər ölkələrlə yükün bölüşdürülməsi razılaşması tələb olunacaq”.

 

Mütəxəssislərin rəyinə əsasən, Ukrayna Rusiya aktivlərindən istifadə etməklə ən azı müharibəni 3 il maliyyələşdirə bilər. Əgər bu baş verərsə, Ukrayna müharibəni dolayısı ilə rus dövlətinin pulu ilə aparmış olacaq.

 

Vasif

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
sfera.az

1Sources